Əsrlərin sınağından keçmiş idmanımız
Azərbaycan mədəniyyətində idmanın dərin kökləri vardır. 11-ci əsrdən bəri Oğuz tayfalarının oğlanları və qızları qılınc oynatmağı, ox atmağı bacarırdılar. İdman milli ədəbiyyatın bir çox əsas dastanlarının və poemalarının geniş yayılmış mövzusudur. Bu gün Azərbaycanda insanlar idmanın həm ənənəvi, həm də müasir növləri ilə məşğul olurlar. Azərbaycan sərbəst güləş (milli idman növü) sahəsində yüksək mövqe tutmuş ölkələrdən biri hesab olunur. Həmçinin futbol, voleybol, cüdo və taekvondo da ölkədə ən geniş yayılmış idman növlərindəndir.
Olimpiya irsi
Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olan ölkə kimi Olimpiya və Paralimpiya Oyunlarında iştirakı ilə qürurverici göstəricilər əldə etmiş olsa da, müstəqil bir dövlət kimi ilk dəfə 1996-cı ildə Atlanta Oyunlarında iştirak etmişdir. O vaxtdan etibarən Azərbaycan idmançılarını bütün Oyunlara göndərmiş və ölkənin idmançıları Yay Olimpiya Oyunlarında güləş, atıcılıq, boks və cüdo növləri üzrə ümumilikdə 16 medal qazanmışlar. 2008-ci ilin Pekin Oyunlarında biz bir qızıl, iki gümüş və dörd bürünc medala sahib olmuşuq.
2020-ci ilin Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsi ölkənin Prezidentindən tutmuş kiçik yaşlı məktəblilərə qədər bütün səviyyələrdə ruh yüksəkliyi ilə dəstəklənir. Olimpiya Ailəsi ilə birlikdə biz Azərbaycana ilk dəfə olaraq dünyanın ən möhtəşəm idman yarışının sevincini və həyəcanını gətirmək və bununla da ölkənin öz idman potensialını həyata keçirmək imkanı yaratmaq istəyirik.
Azərbaycan son illər bir sıra beynəlxalq idman yarışlarına, o cümlədən bədii gimnastika, güləş, boks, voleybol və taekvondo yarışlarına ev sahibliyi etmişdir. 2011-ci ildə QTA (Qadın Tennis Assosiasiyası) “Bakı Kuboku” adlı beynəlxalq tennis yarışlaını təşkil etmişdir. 2012-ci ildə isə məhz Azərbaycan FIFA-nın (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) 17 yaşadək qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcəyək.
İnfrastruktura sərmayə qoyuluşu
İdmana marağı daha da inkişaf etdirmək məqsədilə Azərbaycan dünya standartlarına cavab verən idman infrastrukturunun qurulmasına, o cümlədən yeni Olimpiya Stadionunun, akva idmanı mərkəzinin, 40 olimpiya kompleklərinin, futbol akademiyasının, buz üzərində xokkey stadionunun və başqa bu kimi idman müəssisələrinin tikintisinə milyardlarla sərmayə qoyur!
2020 Olimpiya Oyunlarının Təşkili Planımıza əsasən Bakı elit idman növləri üzrə dünyanın müasir və yüksək səviyyəli idman mərkəzlərindən birinə çevriləcək. Böyük idman potensialına malik Azərbaycanda idmançılar və tamaşaçılar 2020-ci ildə gələcəyin ən müasir Oyunlarının şahidi olacaqlar.





