baku 2020
Baku 2020 - applicant city
you tubefacebookTwitter
AZENFR
Azərbaycan haqqındaNə üçün Bakı?Təşkilat KomitəsiSəfirlərimizApplicant fileMedia MərkəziXəritə

News feed

Bakı-2020 nümayəndə heyəti iddia ərizəsini təqdim etmək üçün İsveçrəyə yola düşür
13 Fevral, 2012 tarixində keçirilən mətbuat brifinqində Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva ölkəmzin Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim etmək üçün yüksək səviyyəli nümayəndə heyətimizin İsveçrənin Lozan şəhərinə yola düşdüyünü bildirdi
ətraflı oxu
Bakı-2020 Təşkilat Komitəsi Kommunikasiya məsələləri üzrə Rəhbər təyin etdi
Bakı 2020 Təşkilat Komitəsində yeni vəzifəsi ilə yanaşı E.Məmmədov həmçinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək U-17 FİFA Qadınlar arasında Futbol üzrə Dünya Çempionatınına hazırlıq işlərinə də rəhbərlik edir. Bundan başqa, Elxan Məmmədov UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyun Komitəsinin Vitse Prezidenti və UEFA-nın Oyunlar üzrə Nümayəndəsidir.
ətraflı oxu
Azərbaycan əhalisinin 95%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir
Bakı, 23 Yanvar 2012 – Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar etdi. 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.
ətraflı oxu
Bakı-2020 Təşkilat Qrupu “İdman İlini” çox müsbət qarşıladı
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycanda idmanın inkişafını sürətləndirmək, Olimpiya hərəkatını genişləndirmək və London Olimpiya Oyunlarında idmançılarımızın yüksən nəticələr göstərməsi üçün ölkədə 2012-ci ili “İdman İli” elan etmiş və müvafiq sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Nazirlər Kabineti yaxın müddətdə müvafiq tədbirlər planı hazırlayacaq.
ətraflı oxu

Bakı haqqında

 

Mənzərəli yerləşmə  

Bakı qonaqlarını valeh edən şəhərdir. Xəzər Dənizi sahilində ecazkar mənzərəya malik bu şəhər “Şərqin Parisi” adlandırılır. Bakı şəhəri tarixi İçəri Şəhər və mərkəzi hissədən ibarətdir.
Baku is divided into the historical inner city and downtown. Orta Əsrlər dövrünün tarixi abidələri, Şirvanşahlar Saray kompleksi, İçəri Şəhər və Qız Qalası UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir. İçəri Şəhərin qala divarları, həmçinin XII əsrdə tikilən Qız Qalazı bu günədək qorunmuşdur. Nəsillərdən qalan ənənəvi xalçaçılıq sənəti bu gün də istifadə edilir.
Müasir Bakı isə tamamilə fərqli təəssürat yaradır. Bakının mərkəz hissəsində inşa edilən yeni müasir göydələnlər və müxtəlif avanqard üsullu binalar şəhərə xüsusi çalar verir. Bakı buxtası özünün dənizkənarı bulvarı, gözəl parkları, istirahət guşələri, ənənəvi çayxanalar və yaxtalarla həm turistlərin, həm də yerli əhalinin sevimli gəzinti məkanıdır.
Bakı şəhəri subtropik iqlimə malikdir, il ərzində daha çox günəşli olur, qış fəslin isə mülayim  keçir.

Qədim tarix

Bakı haqqında ilk yazılı qeydlər e.ə.885 ilə təsadüf edir. Lakin, arxeoloji qazıntılar Bakının 5,500 illik tarixə malik olduğuna işarə edir. Tarix ərzində Bakıda müxtəlif sülalələr hökmranlıq etmiş, müxtəlif dövlətlər və imperiyalar təsir altına almağa çalışmışlar: Şirvanşahlar dövrü – XI , Monqolların yürüşü – XIII/XIV, Fars Imperiyası – XVII, Rus Çar İmperiyası – XIX. Azərbaycan ilk dəfə dövlət müstəqilliyini 1918-ci ildə elan etmiş və bu günədək Bakı Azərbaycanın paytaxtıdır.

Güclü iqtisadiyyat

Təbii sərvətlərlə, xüsusən də neft və qazla, zəngin olan Azərbaycanın iqtisadiyyatının əsasını neft-kimya, mexanika, enerji, maşınqayırma, telekommunikasiya sənayeləri təşkil edir. Azərbaycanın çoxsaylı müasir mədəniyyət  ocaqları da yerli əhali və turistlər arasında kifayət qədər tanınmışdır. Bura Bakının 7 teatrı, 30 muzey, kitabxana və müasir kinoteatrları da daxildir. Azərbaycanlılar eyni zamanda yüksək təhsil səviyyəsi ilə tanınırlar. Bakı ölkənin hər zaman bilik mərkəzi olmuşdur. Hazırda Bakıda 10-dan artıq universitet var. 


printerçap versiyası

Azərbaycan haqqındaNə üçün Bakı?Təşkilat KomitəsiSəfirlərimizApplicant fileMedia MərkəziXəritə