baku2020
Together we can
you tubefacebookTwitter
AZENFR
Azərbaycan haqqındaNə üçün Bakı?Təşkilat KomitəsiSəfirlərimizApplicant fileMedia MərkəziXəritə
Birliyin gücü
Ən qədim zamanlardan bəri Bakı Avropa ilə Çin arasında qədim ticarət marşrutu olan Böyük İpək yolunun üstündə başlıca keçid məntəqəsi olmuşdur. Bir-birindən uzaqda yerləşən Şərq ilə Avropa arasındakı yol Azərbaycanda kəsişirdi.

Azərbaycanlılar qədimdən bəri irqindən, mədəniyyətindən və ya inanclarından asılı olmayaraq dünyanın hər yerindən gələn qonaqları səmimiyyət və mehribanlıqla qarşılamaq ənənələrini qoruyub saxlayırlar. Elə o zamanlardan Azərbaycan Şərqlə Qərbin mübadilə mərkəzinə çevrilmişdir. İnsanlar özlərinin sənət işlərini, texnologiyaları, ideyalarını və inanclarını bölüşmək üçün burada bir araya gələrdilər.

Əsrlər bu günədək davam edən bu birliyin gücü sayəsində Azərbaycan hazırda iqtisadiyyatı yüksək sürətlə inkişaf edən dünya ölkələrdən biridir. Bizim Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyimiz Bakı və Azərbaycanın elm, təsil, idman və texnologiyalara əsaslanan güclü iqtisadiyyata malik dünya mərkəzlərində birinə çevrilməsi prosesinin bir hissəsidir.

Müsbət dəyişikliklər üçün katalizator olan Olimpizmin bizə verdiyi imkanlar vasitəsilə biz birlikdə öz ölkəmizdə baş verən müsbət dəyişiklikləri və tərəqqini, eləcə də idmanımızın inkişafını sürətləndirə bilərik.

Bakı2020-yə səs ver!
Xəbərlər
Bakı-2020 nümayəndə heyəti iddia ərizəsini təqdim etmək üçün İsveçrəyə yola düşür
13 Fevral, 2012 tarixində keçirilən mətbuat brifinqində Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva ölkəmzin Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim etmək üçün yüksək səviyyəli nümayəndə heyətimizin İsveçrənin Lozan şəhərinə yola düşdüyünü bildirdi
ətraflı oxu
Bakı-2020 Təşkilat Komitəsi Kommunikasiya məsələləri üzrə Rəhbər təyin etdi
Bakı 2020 Təşkilat Komitəsində yeni vəzifəsi ilə yanaşı E.Məmmədov həmçinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək U-17 FİFA Qadınlar arasında Futbol üzrə Dünya Çempionatınına hazırlıq işlərinə də rəhbərlik edir. Bundan başqa, Elxan Məmmədov UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyun Komitəsinin Vitse Prezidenti və UEFA-nın Oyunlar üzrə Nümayəndəsidir.
ətraflı oxu
Azərbaycan əhalisinin 95%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir
Bakı, 23 Yanvar 2012 – Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar etdi. 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.
ətraflı oxu
Bakı-2020 Təşkilat Qrupu “İdman İlini” çox müsbət qarşıladı
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycanda idmanın inkişafını sürətləndirmək, Olimpiya hərəkatını genişləndirmək və London Olimpiya Oyunlarında idmançılarımızın yüksən nəticələr göstərməsi üçün ölkədə 2012-ci ili “İdman İli” elan etmiş və müvafiq sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Nazirlər Kabineti yaxın müddətdə müvafiq tədbirlər planı hazırlayacaq.
ətraflı oxu


Browse photo and video galleries
Azeri sportsmen and sportswomen
Pictures of Baku and Azerbaijan
Pictures of sports events
Sports infrastructure


About Azerbaijan

Ancient and Diverse

Azerbaijan is an ancient and diverse land halfway between the faraway Orient and Europe, which shares borders with Georgia, Iran, Armenia, Russia and Turkey. Its culture is a heady fusion of Persian and Chinese (East), of the Middle East and Africa (South), of Russia (North) and of Europe (West).

ətraflı oxu
Sport in Baku and Azerbaijan
Sport through the ages Sport is deeply rooted in Azerbaijani culture. As far back as the 11th century, men and women of the Oghuz tribes were skilled in fencing and archery. Sport is a common theme in many of the nation's major literary epics and poems.Today, both traditional and modern sports are practiced. ətraflı oxu




Azərbaycan haqqındaNə üçün Bakı?Təşkilat KomitəsiSəfirlərimizApplicant fileMedia MərkəziXəritə